Bu gün Azərbaycan 2-ci liqasında 20-ci tur başlayacaq.
Newsport.az xəbər verir ki, ilk gündə 3 oyun keçiriləcək. Lider "Şahdağ Qusar" "Haypers Quba"nı qəbul edəcək.
"Lerik" "Qusar"ın qonağı olacaq. "Şəfa" isə "Şəki Siti" ilə üz-üzə gələcək.
8 aprel (çərşənbə axşamı)
14:00. “Qusar” – “Lerik”
Neftçi Futbol Mərkəzi (IV meydança)
16:00. “Şəfa” – “Şəki Siti”
“ASK Arena”
16:00. “Şahdağ Qusar” – “Haypers Quba”
Şamaxı OİK stadionu
9 aprel (çərşənbə)
16:00. “Şimal” – “Füzuli”
Siyəzən şəhər stadionu
16:00. “Kür-Araz” – “Araz Saatlı”
Saatlı OİK stadionu
16:00. “Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu
16:00. “Ağdaş” – “Göygöl”
Ağdaş şəhər stadionu