Əliyevin komandası evdə uduzdu

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin komandası Albaniya çempionatında növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, müdafiəçinin klubu “Eqnatiya” 33-cü turda öz meydanında “Elbasani” ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Əliyev birinci hissədə sarı vərəqə ilə yadda qalıb. Bununla “Eqnatiya”nın 6 oyundan sonra ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, “Eqnatiya” hazırda 58 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right