"Qarabağ"ın sabiq qapıçısı: "İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir"

İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir.

Newsport.az-ın məlumatına görə, bunu Rusiyanın "Dinamo" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper ÇSKA-dakı həmkarının karyerasında 900-cü matçına çıxması ilə bağlı fikirlərini bölüşüb. Lunyov özünün belə şansının olmadığını etiraf edib:

"İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir, lakin Rusiyada çıxış edir".

Qeyd edək ki, Aleksandr Oveçkin ötən gün Milli Hokkey Liqasında (NHL) 895-ci qolunu vuraraq əfsanəvi Ueyn Qretskinin rekordunu qırıb. İqor Akinfeyev isə ÇSKA-da 789, Rusiya yığmasında 111 görüşdə meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right