"Araz-Naxçıvan"ın 5 futbolçusu "Sumqayıt"a qarşı oynamayacaq

Misli Premyer Liqasının XXIX turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

Newsport.az xəbər verir ki, komanda üzvləri Mərdəkan qəsəbəsində yerləşən milli komandaların məşq bazasında 1 saata yaxın baş məşqçinin tapşırıqlarını icra ediblər.

Zədəli futbolçulardan Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirlinin müalicəsi davam edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu bu gün saat 18:00-da, “Liv Bona Dea”da keçiriləcək. Stadiona giriş biletsiz olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right