"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Newsport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun yubiley matçı Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.

25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right