Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “Şamaxı” “Neftçi”ni qəbul edəcək. Turun son oyununda isə “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları qarşılaşacaqlar.
Daha öncə keçirilmiş “Səbail” – “Turan Tovuz” matçı qolsuz (0:0) bitib, “Sabah” evdə “Kəpəz”ə (0:1) uduzub, “Qarabağ” “Zirə”yə qalib gəlib – 1:0.
Misli Premyer Liqası
29-cu tur
7 aprel
“Şamaxı” – “Neftçi” 0:2
Qol: Ramil Şeydayev, 43 (p), Filip Ozobiç, 89
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Şamaxı şəhər stadionu, 15:30.
“Araz-Naxçıvan” – “Sumqayıt” 2:0
Qol: Ramon Maçado, 20 pen. (1:0)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
“Liv Bona Dea Arena”, 18:00.