"Sabah" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində doğma meydanda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
Newsport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Pis oyun oldu. Əgər meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda daha çoxunu meydanda etməlisən.
– Kubok oyunundan sonra mətbuat konfransını yarımçıq tərk etdiniz. Mediaya hörmətsizlik etdiyinizi düşünmürsünüz?
– Futbol emosiyalar oyunudur. Burda heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Matç haqda çoxlu söhbətlər oldu. Keçmiş kapitanımız Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.
– “Turan Tovuz”la xal fərqini azaltmağa yaxşı imkan var idi. Bu şansı qaçırdınız. 4-cü yer üçün mübarizəni davam etdirmək üçün nə etməlisiniz?
– Hər oyunu udmalıyıq. Bu cür kökləməklə çətin olacaq. Bir ayaqla kiməsə qalib gəlmək olmaz.