“Bütün oyun boyu PAOK-dan üstün idik. Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Amma şanslardan yararlana bilmədik”.
Newsport.az-ın məlumatına görə,bu sözləri “Qəbələ”nin üzvü Vaqif Cavadov deyib.
Cavadov öz çıxışı haqda bunları söyləyib: “Baş məşqçi mənə həm hücumda, həm də müdafiədə komandaya kömək etməyi tapşırmışdı. Əlimdən gələni etdim. Amma öz çıxışım haqda danışmağım düzgün olmaz. Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar”.
Cavadov “Qəbələ”nin heyətində daim oynamaması haqda sualı belə cavablandırıb: “Qəbələ”yə gələndən özümü oynamağa hazır hiss edirəm. Amma yekun qərarı baş məşqçi verir. Çalışıram ki, hər dəqiqə oyuna hazır olum. Meydana çıxıb-çıxmamağım baş məşqçinin işidi. Daim komandama xeyir vermək istəyirəm”.
Futbolxeber.az