Bu gün Azərbaycan Premyer Liqasında XIV turun daha 2 oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, görüşlər paytaxtda, daha doğrusu onun mərkəzdən uzaq qəsəbələrində baş tutacaq.
Əvvəlcə diqqətlər "AZAL Arena”ya yönələcək. Burada son pilləyə düşmək təhlükəsi olan AZAL "Sumqayıt”ı qəbul edəcək. Qələbə həsrətində olan rəqiblər şəxsi dueldə uğursuz seriyaya son qoymalıdı. "Təyyarəçilər” 4, "gənclik şəhəri” təmsilçisi 3 oyunluq qələbəsizlik seriyasına son qoymaqla durumunu yaxşılaşdırmağı düşünəcək. AZAL qələbə qazanarsa, turnir cədvəlində sumqayıtlıları haqlayacaq. Çünki hazırda komandalar arasında xal fərqi 3-ə bərabərdi. Maraqlıdır ki, komandalar arasında baş tutan son 3 matçda heç-heçə qeydə alınıb. AZAL indiyədək öz meydanında uduzmayıb. Bakılılar ümumiyyətlə, son 5 qarşılaşmada uduzmayıb. Qeyd edək ki, cari mövsüm "təyyarəçilər” "AZAL Arena”da keçirilən 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə heç-heçə qeydə alınıb.
Günün ikinci oyunu Zirədə olacaq. Ardıcıl iki görüşdə uduzan "Xəzər Lənkəran” "Zirə”nin qonağı olacaq. Bu matç Yunis Hüseynov və vaxtilə onun rəhbərliyi altında oynamış Adil Şükürovun ikinci dueli olacaq. Səfərdə qalib gələn debütant öz meydanındakı qələbə ilə ən azı 1 pillə irəliləmək iddiasındadı. Cənublular isə bir addım da geriləmək təhlükəsinin qarşısını almaq üçün xal qazanmalıdı. Qeyd edək ki, "Zirə”də cəza səbəbindən Aleksandr Şemonayev oyanaya bilməyəcək.
Azərbaycan Premyer Liqası
XIV tur
28 noyabr (şənbə)
14:30. AZAL 2–0 "Sumqayıt”
Qollar: Murad Səttarlı 20, Ruslan Nəsirli 84.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
AZAL Arena
16:30. "Zirə” 1–0 "Xəzər Lənkəran”
Qol: Zaman Mirzəzadə 49 (ö.q).
Qırmızı vərəqlər: Nelson, Bonilya, 59 // Elşən Rzazadə, 57.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu