Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ” səfərdə "Neftçi”nin qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi sözügedən oyuna itkilərlə çıxa bilər. Belə ki, Rəşad Sadıqovun ardından albaniyalı cinah müdafiəçisi Ansi Aqolinin də Azərbaycan Derbisində oynaya bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, Aqoli Topaz Premyer Liqasının XIII turunda "Kəpəz”lə matçda zədə almışdı. Futbolçu Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ”la oyunda iştirak etsə də, sonda sağ dizindəki ağrıya görə, ayağına buz qoymuşdu.
Nəzərinizə çatdıraq ki, "Neftçi” – "Qarabağ” oyunu noyabrın 29-da baş tutacaq