Millimiz səfərdə Litvaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Newsport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Vilnüsdə Litva yığmasının qonağı olub. “Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.

İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıblar. Millimiz növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right