“Qarabağ” “Benfika” ilə eyni pillədə

Avropanın milli çempionatlarında bu mövsüm ən çox böyükhesablı qələbə qazanan komandalar müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” bu siyahıda 4-cü pillədə qərarlaşır.

Ağdam təmsilçisi çempionatda keçirdiyi 28 görüşün 11-də üç və ya daha çox top fərqilə qalib gələrək bunu reallaşdırıb. Qurban Qurbanovun yetirmələri “Linkoln” (Cəbəllütariq), “Benfika” (Portuqaliya) və TNS-lə (Uels) bu pilləni bölüşür.

Azərbaycan çempionu yalnız “Seltik” (Şotlandiya – 17 darmadağın), “Srvena Zvezda” (Serbiya – 16) və “Barselona”dan (İspaniya – 12) geri qalır.

“Qarabağ” cari mövsüm Premyer Liqada dörd dəfə 3:0, üç dəfə 5:0, iki dəfə 4:1 və iki dəfə 4:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right