Çempionlar Liqasının qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu bəlli olub.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın "Barselona” klubunun superulduzu Leonel Messi ən yaxşı futbolçu adına layiq görülüb. O, azarkeşlər arasında keçirilən sorğuda birinci olub.
Qeyd edək ki, Messi zədədən yenicə qayıtmışdı. O, zədədən qayıtdıqdan sonra "Roma”nın qapısına vurduğu iki qol və bir məhsuldar ötürməyə görə həftənin oyunçusu seçilib. "Barselona” həmin qarşılaşmada "Roma”nı 6-1 hesabı ilə məğlub etmişdi.