Misli Premyer Liqasında 28-ci tur davam edir.
Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçirilib.
Əvvəlcə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, Naxçıvan klubu 48 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 32 xalla altıncıdır.
Günün ikinci görüşündə “Sumqayıt” doğma meydanda “Sabah”ı sınağa çəkib. Oyun 3:3 hesablı bərabərliklə bitib.
27 turdan sonra Bakı klubu 36 xalla beşinci, sumqayıtlılar isə 29 xalla yeddinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
29 mart (şənbə)
19:00. “Sumqayıt” - “Sabah” - 3:3
Qollar: Umarali Raxmonaliyev, 6 (0:1), Ronaldo Vaskes, 18 (1:1), Bobir Abdixolikov, 46 (2:1) Umarali Raxmonaliyev, 71 (2:2), Tellur Mütəllimov, 77 (2:3), Momo Yansane, 88 (3:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:45. “Neftçi” - “Araz-Naxçıvan” - 1:1
Qollar: Bassala Sambu, 3 (1:0), İssuf Paro, 6 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
“Neftçi Arena”