Tahir Gözəl: “Hər zaman qələbə şansı olan bir klub idik”

"Çox maraqlı və gözəl oyun olduğunu deyə bilərəm. İlk 15 dəqiqəni deyə bilmərəm, amma sonradan "Qarabağ” özünə gəlib güclü oyun sərgilədi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
 
Avropa Liqasının qrup mərhələsinin V turunda evdə "Tottenhem”ə uduzan (0:1) Ağdam klubu növbəti mərhələ şanslarını azaltmış oldu. Oyundan sonra "atlılar”ın başqanı matçı şərh edib:
 
"Əlbəttə, rəqib çox güclü idi. "Tottenhem” böyük komandadır. O qolumuzun ofsayddan vurulması da bəxtsizlik idi. Nədənsə, "Qarabağ”ın ofsaydlarla bağlı bəxti gətirmir. Məncə, əlimizdən gələni etdik”. 
 
T.Gözəl məğlubiyyətə rəğmən, komandasıyla fəxr etdiyini deyib: "Ümumiyyətlə, qrupumuz çox çətin idi. Amma özünüz gördüz ki, "Qarabağ” bütün oyunlarda sona qədər mübarizə apardı. Hər zaman qələbə şansı olan bir klub idik. Klubumla fəxr edirəm. Məncə, Azərbaycanı layiqincə təmsil etdik. "Anderlext”lə oyunumuz var. Onu qazansaq belə, yekunda necə olacağını bilmirəm. Amma ən azında futbolçulara da dedim ki, Belçika səfərindən qələbə ilə dönsək, bu, bizim üçün mənəvi dəstək, motivasiya olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right