“Qəbələ” meydana çıxmamış qrupda qaldı

Avropa Liqasında qrup mərhələsinin V tur oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunlar arasında C qrupunun da matçı olub. 

Təmsilçimiz "Qəbələ”nin də yer aldığı qrupun iki komandası – "Krasnodar” və Dortmund "Borussiya”sı Rusiyada üz-üzə gəlib. Matçın 2-ci dəqiqəsində Pavel Mamayevin penaltidən vurduğu qolla və demək olar, xeyli bəxtinin gətirməsiylə qələbə qazanan "Krasnodar” adını pley-offa yazdırıb. 
 
Özü də 1:0 hesablı qələbə ilə Dortmund klubu üzərində şəxsi görüşlərdəki üstünlüyə görə liderliyə yüksələn "buğalar” "Qəbələ”nin "kitabını bağlayıb”. Onsuz da 1/16 final şansları cüzi olan təmsilçimiz bu nəticədən sonra meydana çıxmamış Avropa Liqasıyla vidalaşacağını öyrənib. Elə rəqibimiz olacaq PAOK da artıq heç bir iddia sahibi deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right