Azərbaycan millisində dəyişiklik "Səbail"in üzvü dəvət edildi

Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

Newsport.az xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right