Kəpəz hazırlığı tamamladı

Noyabrın 27-də Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” oyun öncəsi son məşqini keçirib.

Newsport.az-ın məlumatına görə, hazırlıq prosesi Gəncə şəhər stadionunda baş tutub.

Təxminən bir saat sürən məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra toplu çalışmalara diqqət ayıran futbolçular müxtəlif məsafələrdən qapıya doğru zərbələrlə kifayətləniblər.

Heyətdə cəzalı və zədəli oyunçuların olması səbəbindən baş məşqçi Şahin Diniyev qarşıdakı oyun üçün əvəzedici heyətdən Əli Səmədovu əsas komandaya cəlb edib. Bu gün komanda ilə birgə məşqə çıxan gənc yarımmüdafiəçi “İnter” ilə matç üçün “18-liy”ə daxil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right