Futbol üzrə Azərbaycan 2-ci Liqasında 18-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" öz meydanında "Lerik"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 52-yə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 13 xalı olan "Lerik" isə 11-ci yerdədir.