AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.

Newsport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı aşağıdakı məsələlər müzakirə olunub:

- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;

- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;

- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;

- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;

- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right