Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan İlham Yədullayevin baş məşqçisi olduğu millimiz 2-ci matçında Uelslə qarılaşəb.
Görüş Albaniyanın Elbasan şəhərində keçirilib. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız seçmə mərhələdəki ikinci matçda da xal itirib.
Oyun 0:0 hesabı ilə yekublaşıb.
Bununla da U-17 millimiz qrupu 1 xalla sonuncu yerdə başa vurub.
Qeyd edək ki, hazırda Azərnaycan millisinin yer aldığı qrupda 1-ci yeri 1 oyundan 3 xalla Albaniya tutur. Uels 1 oyundan 1 xalla 2-cidir. Son matçda bu iki komandalar üz-üzə gələcək. Bundan sonra qrupun qalibi müəyyənləşəcək.