Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxır.
Newsport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv yoxlama matçında tarixində ilk dəfə Haiti millisi ilə üz-üzə gəlir.
Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edir. Bu, Azərbaycan millisinin həmin şəhərdə tarixində ilk oyunudur. Görüş saat 21:45-də start götürüb.
Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.
Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.
Yoxlama oyunu
22 mart
21:45. Azərbaycan - Haiti - 0:3
Qollar: Frantsdi Pyerro, 9, 63, Jan-Jak, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (Azərbaycan)
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu