"Sabah"ın futbolçusu məşqlərə qoşuldu növbəti turda oynaya biləcək

Misli Premyer Liqasının 19-cu turunun "Neftçi" ilə oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyevin durumuna aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Quliyevin bərpası başa çatıb və o, kollektivlə məşqlərə qoşulub.

28 yaşlı yarımmüdafiəçinin Misli Premyer Liqasının 28-ci turunun “Sumqayıt”la görüşündə meydana çıxa biləcək.

Qeyd edək ki, 2023-cü il avqustun 28-də “Sabah”a keçmiş Ayazın klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right