Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü FOTO

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.

Newsport.az xəbər verir ki, Abbasov Türkiyə Super Liqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb. Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar.

Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right