İntizam Komitəsinin iclasında Region Liqası və aşağı yaş qrupları üzrə liqalarda da yaşanan neqativ hallar öz hüquqi qiymətini tapıb. Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
AFFA Region Liqasında keçirilən Salyan OİK-Qobustan FK oyununda Qobustan FK komandasının heyətində Tural Nəhmətli 90+4-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyunluq cəzalanıb.
Görüş bitdikdən sonra Qobustan komandasının baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb.
Matç başa çatdıqdan sonra Qobustan komandasının futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyunluq cəzalanıb.
AFFA Region Liqasında keçirilən Əmirli FK-Çinar Zəngilan FK oyununda Əmirli FK komandasının heyətində Mirzəxan Bəyalızadə qarşılaşmanın 70-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
Görüşün 70-ci dəqiqəsində Çinar Zəngilan FK komandasının heyətində Elcan Sarıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Sabah FK oyununda Sabah FK komandasının heyətində Zakir Əmirov hissələrarası fasilədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
AFFA U-17 Liqasında keçirilən Sumqayıt FK-Səbail PFK oyununda Səbail PFK komandasının baş məşqçisi Ceyhun Cavadov qarşılaşmanın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.
AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK - “Sabah” FK oyunun 68-ci dəqiqəsində “Zaqatala” PFK komandasının oyunçusu Hənifət İbrahimova təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb.
Matçın 68-ci dəqiqəsində “Sabah” FK komandasının oyunçusu Fatimə Kərimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb.