AFFA İntizam Komitəsinin iclasında Əvəzedicilər liqasının XXVII turunda baş verən neqativ hallara da baxılıb. Newsport.az xəbər verir ki, həmin məqamlarda bağlı qərarlar qəbul edilib.
“Səbail-2” - “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail-2” komandasına xəbərdarlıq edilib.
Matç bitdikdən sonra “Neftçi-2” komandasının qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Neftçi-2” komandası 200 manat cərimə edilib.
“Sabah-2” - “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə-2” komandasının futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.