Azərbaycan I Liqasında baş məşqçi istefası

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən MOİK-in baş məşqçi Qəzənfər Abbasov istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə mütəxəssis öz sosial şəbəkə hesabında paylaşım edib:

"Bu gün bir məşqçi kimi seçim edərək, MOİK ilə yolumu ayırmaq qərarına gəldim. Hər zaman klubun adını yüksəkdə tutmaq və uğur qazanmaq üçün əlimdən gələni etdiyimə inanıram. MOİK-ə gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, o, 2022-ci ilin qışından bu vəzifədə idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right