Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi

“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər. 

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), 1-ci Liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev ("Qusar") birinci olub. 

Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right