Juninyo 2 qolun ötürməsini verdi, amma...

Bu qış "Qarabağ"dan Olavio Juninyonu transfer edən "Flamenqo" Rio De Janeyro kubokununda həlledici matça çıxıb.

Newsport.az xəbər verir ki, komanda "Fluminense" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Lakin "Flamenqo" finalın ilk matçında 2:1 hesabı ilə qalib gəldiyi üçün çempion olub. "Flamenqo" tarixində 39-cu dəfə Rio De Janeyro kubokunu qazanıb.

Juninyo görüşə ehtiyatda başlayıb və meydana 85-ci dəqiqədə çıxıb. O, 87 və 90-cı dəqiqələrdə 2 qolun ötürməsini verib. Lakin bu qollar qayda pozuntusuna və oyundankənar vəziyyətə görə ləğv olunub. 

Bu, Juninyonun Braziliyada qazandığı ikinci kubokdur. O, daha əvvəl Braziliya Superkubokuna yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right