Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz”la keçirilən matç “Sumqayıt” üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, “kimyaçılar” Premyer Liqada 400-cü qolu vurublar.
Bu barədə məlumat Peşəkar Futbol Liqasının saytında yayılıb.
2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.
“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub. Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.
Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı ilk qolunu 2011/12 mövsümündə Eşqin Quliyev vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.