"Neftçi" "Səbail"i, "Sumqayıt" "Turan Tovuz"u məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, 27-ci turun sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə autsayder "Səbail" "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Neftçi" 31 xalla 6-cı yerə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu yerdədir. 

Günün digər qarşılaşmasında "Turan Tovuz" "Sumqayıt"la üz-üzə gəlib. Matç "kimyaçılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Sumqayıt" 28 xala 7-ci yerdədir. "Turan Tovuz" isə 43 xalla 4-cüdür. 

Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında "Turan Tovuz" qələbə qazanıb - 1:0, 2:4.

16 mart

18:30.“Turan Tovuz” – “Sumqayıt” - 1:2 

Qollar: Ayxan Hüseynov (1:0), 8, Ayxan Süleymanlı, 17 (1:1), Bobir Abdixolikov, 68 (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Zöhrab Abbasov

Tovuz şəhər stadionu

16:00.“Səbail” – “Neftçi” - 1:2 

Qollar: Filip Ozobiç, 17 (0:1), Elvin Camalov, 29 (0:2), Rüfət Abdullazadə, 43 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

ASCO Arena





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right