Azər Bağırov: "Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm"

Misli Premyer Liqasının XXVII turunda baş tutan “Kəpəz” – “Qarabağ” (0:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. İlk 15 dəqiqəni yaxşı başlamadıq. Çünki “Qarabağ”la pynamaq hamıya çətindir. Amma sonradan oyunçularım toparlandılar.

– Qurban Qurbanov meydanın sulanmadığının oyuna təsir etdiyini dedi. Siz necə düşünürsüz?

– Qurban müəllimin sözünün üstünə söz deyə bilmərəm. O deyirsə, həqiqət var. Doğrudan da elə idi.

– “Kəpəz”in ev oyunları niyə “Turan Tovuz”dan daha tez vaxtda başlanılır?

– Bilmirəm. Bu gün “Kəpəz”də heç nəyə qənaət olunmur. Saat neçəyə salırlarsa, o vaxtda oynayırıq.

– Futbolda vaxt itkilərinin olmasını necə şərh edirsiz?

– Bu futbolun bir hissəsidir. İstər-istəmə rəqibin balansını korlayırsansa, bu, müsbət haldır. Mən mübarizənin olmasının tərəfdarıyam.

– “Sumqayıt”la oyundan sonra nəyi analiz etdiz?

– “Sumqayıt”a qədər 7 oyun bəlkə də ən yaxşıların arasında olmuşuq. 3-cü dövrədə 12 xal toplamışıq. Əmin olun ki, daxildəki problemlər də tapılıb və bugünkü oyun da onun bəhrəsidir.

– 23 ildir ki, “Qarabağ”a qalib gələ bilmirsiz. Amma oyunun sonlarında Sadiq Şəfiyev təkbətəkə çıxa biləcəyi halda topu künc bayrağına tərəf apardı. Sizin tapşırığınız idi?

– Biz hər oyuna qələbə üçün çıxırıq. Oyunun sonlarında futbolçular yorulmuşdu. Onun təsiri ola bilər.

– Yeqor Xvalko bu gün zədəyə görə ehtiyatda idi?

– Xeyr, 3 “sarı”sı var idi. Ona görə də onu “Səbail”lə matça qorumaq istədik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right