"Qarabağ" "Kəpəz"lə heç-heçə etdi Yenilənib

Misli Premyer Liqasında 27-ci tur davam edir. 

Newsport.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Günün ilk oyununda lider “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olub. Matç qolsuz heç-heçə ilə bitib.  

Beləliklə, 64 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 23 xalla doqquzuncudur. 

Günün ikinci matçında isə “Sabah” “Zirə”ni qəbul edəcək.

Misli Premyer Liqası

27-ci tur

15 mart

17:00. “Kəpəz” - “Qarabağ” - 0:0 

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right