Azərbaycanın U-21 millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Newsport.az xəbər verir ki, bu vəzifə "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşırılıb.
Qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlanıb. Abbasovla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, buna qədər U-21 millimizi Samir Əliyev çalışdırırdı.