"Onda çoxlu keyfiyyət gördüm".
Newsport.az- məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis I Liqada çıxış edən "Qəbələ"nin üzvü Şahin Şahniyarovun yığmaya çağırılması ilə bağlı danışıb:
"Tez-tez aşağı liqanın oyunlarına gedirik. Bir neçə futbolçu diqqətimizi cəlb edib".
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarusla yoldaşlıq oyunları keçirəcək.