Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşir. Newsport.az xəbər verir ki, bu gün mövsümün ən yaxşısı bəlli olacaq.
Həlledici qarşılaşmada favoritlər “Zirə” ilə “Birbaşa Bakı” üz-üzə gələcəklər. Saat 21:00-da başlayacaq görüş Bakı Tennis Akademiyasında təşkil olunacaq.
Qeyd edək ki, “Birbaşa Bakı” son Azərbaycan çempionudu.