Emin Mahmudov Haiti və Belarusa qarşı oynayacaq?

Misli Premyer Liqasının 26-cı turunun “Turan-Tovuz”a qarşı oyununu (1:1) zədə səbəbindən buraxan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bir neçə oyunu buraxmaq riski ilə üzləşib.

Newsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun “Səbail”lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Belədə, onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right