“Sabah” 61 pillə irəlilədi, “Qarabağ”la “Zirə” geri düşdü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb.

Newsport.az xəbər verir ki, cədvələ dünyanın ən güclü 501 komandası salınıb.

Azərbaycanın 3 klubu siyahıya düşüb. “Qarabağ” reytinqdə geriləyib. Aktivində 147,75 xal olan Ağdam təmsilçisi 16 pillə geriləyərək 103-cü yerə düşüb.

“Zirə”də də geriləmə müşahidə olunub. Ötən ay 208-ci olan qəsəbə komandası hazırda 98,25 xalla 219-cu yerdədir.

“Sabah” isə 61 pillə irəliləyib. Bakılılar 68,5 xalla 353-cüdür.

Qeyd edək ki, dünya reytinqinə 507 xalla “Real” başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right