"Neftçi" - "Qarabağ" oyununun biletləri bu gün satışa çıxarılacaq

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununun biletləri bu gün saat 13:30-da satışa çıxarılacaq.

Newsport.az saytının məlumatına görə, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Noyabrın 29-da “Bakcell Arena”da keçiriləcək və saat 17:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right