“İnter Mayami” azlıqda qalib gəldi, Messi yenə oynamadı

MLS-in müntəzəm çempionatında “İnter Mayami” “Şarlott”u qəbul edib. Newsport.az xəbər verir ki, oyunun taleyini 1 qol həll edib.

Qarşılaşmanın 38-ci dəqiqəsində “İnter Mayami” azlıqda qalıb. Qapıçı Oskar Ustari birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Azlıqda çıxış etməsinə baxmayaraq, floridalılar qələbə qazanmağı bacarıb. Qalibiyyət qolunu Luis Suaresin məhsuldar ötürməsindən sonra Tadeo Allende vurub. Bununla Suares son 4 oyunda 3 qol, 5 assistlik göstəriciyə nail olub.

“İnter Maimi”nin kapitanı Lionel Messi isə əzələ gərginliyi ilə əlaqədar ardıcıl 3-cü matçda da iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right