Misli Premyer Liqasında 26-cı tur davam edir.
Newsport.az xəbər verir ki, bu gün 2 oyun keçiriləcək.
Əvvəlcə "Sabah" "Şamaxı"nın qonağı olacaq.
Günün digər görüşündə isə 2-ci yerdəki "Zirə" autsayder "Səbail"lə qarşılaşacaq. Oyun saat 17:30-da start götürəcək.
Bu komandalar arasında ilk oyunda "Zirə" 4:1 hesablı qələbə qazanıb. 2-ci dövrənin oyununda isə Rəşad Sadıqovun komandası 1:0 hesabı ilə üstün olub.
Misli Premyer Liqası, 26-cı tur
9 mart
17:30. “Zirə” – “Səbail” 1:0
Qol: Ruan Renato, 90+6
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Zirə İdman Kompleksinin stadionu