"Zirə" mozambikli yarımmüdafiəçi transfer etdi Rəsmi

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right