Millimizin hücumçusu yarım milyon təzminat aldı

Türkiyənin “Hatayspor” klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşova təzminatını ödəyib. Newsport.az xəbər verir ki, artıq məbləğ də bəllidir.

FİFA Mübahisələrin Həlli Palatasının qərarından sonra həmyerlimiz ümumilikdə 275 min avro (təxminən 505 min manat) qazanc əldə edib. Ancaq Dadaşova görə transfer qadağası ilə üzləşən Türkiyə klubuna kəsilən bu cəzanın ləğv edilib-edilməyəcəyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Renat Dadaşov 2023-24 mövsümündə “Hatayspor”un formasını geyinib. O, hazırda Polşanın “Radomiak” klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right