“Mançester Yunayted”dən unikal göstərici

“Mançester Yunayted” unikal göstərici ilə diqqət mərkəzinə düşüb. Newsport.az xəbər verir ki, “mankunianlar” avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyasını davam etdiriblər.

Avropa Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la ilk oyununu keçirən ingilislər səfərdən 1:1 hesablı heç-heçə ilə qayıdıblar. Bununla da Mançester klubunun cari mövsümdəki məğlubiyyətsiz oyunlar seriyası 9-a çatıb. “Qırmızı şeytanlar” 9 görüşün 5-ni qələbə, 4-ü isə heç-heçə ilə tamamlayıb.

“Mançester Yunayted” Çempionlar Liqası və Avropa Liqasının iştirakçıları arasında uduzmayan yeganə komandadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right