Yığmamızın üzvü həbs edildi – kuryer olduğu üçün

Azərbaycan millisinin sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs olunub.

Newsport.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport Baza” teleqram kanalında yazılıb.

31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə kuryer rolunu oynamaqda ittiham olunur. Həmin dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublu (265 min 188 manat) onlara verməyə inandırıb.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right