Ruslan Qurbanova 4 oyunluq cəza

AFFA Azərbaycan millisinin sabiq üzvü, “Neftçi” və “Qəbələ”də oynamış Ruslan Qurbanova ağır cəza verib.

Newsport.az-ın məlumatına görə, hazırda 2-ci liqada mübarizə aparan “Hypers Guba”da çıxış edən futbolçu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.

Forvard “Şəmkir”lə matçda referilərə qarşı təhqiramiz ifadələr işlədib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right