Bakıda keçirilən məşqçi kursları başa çatdı

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Newsport.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right