“Neftçi”nin sabiq futbolçusu bir aydan sonra klub dəyişdi

“Neftçi”nin sabiq futbolçusu Gilyerme Pato yenidən komandasını dəyişib.

Newsport.az xəbər verir ki, 24 yaşlı braziliyalı vinger yanvarda keçdiyi “Mirassol” klubundan cəmi bir ay sonra ayrılıb.

Onun qısa müddətdə bu komandada çıxışı Braziliya B Seriyasının iştirakçısı “Amerika Mineyro”nun diqqətini çəkib. Nəticədə sol cinah oyunçusu adıçəkilən kluba transfer olunub. Pato “Amerika Mineyro” ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Gilyerme Pato 2022-ci ildə “Neftçi”nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right