“Neftçi”nin futbolçusuna 2 oyunluq cəza

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən oyunlarla bağlı qərarlarını açıqlayıb.

Newsport.az xəbər verir ki, “Zirə” – “Araz-Naxçıvan” oyununda 5 üzvü sarı vərəqə alan “Zirə” 700 manat cərimələnib.

Meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirilib və bu hal mövsümdə 2-ci dəfə yaşanıb. Bu üzdən “Zirə” daha 500 manat cərimə olunub.

“Kəpəz”lə oyunun 58-ci dəqiqəsində qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Bassalu Sambu isə 2 oyunluq cəzalanıb, paytaxt kubu 1500 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right