Matias Braziliyaya qayıda bilər Xəstə oğluna görə

“Neftçi”nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini çəkir.

Newsport.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi özü ölkəsinin mətbuatına açıqlamasında bunu deyib.

İki övladı olan Matiasın oğlanlarından biri – 5 yaşlı Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Bu səbəbdən Yuri oğlunun müalicəsinin davam etməsi üçün onlardan ayrı qalıb.

Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib: “Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right